SON XƏBƏRLƏR

İranda 12 fəal son ağır hökmləri qınayan bəyanat yayıblar

2021.10.20, 07:36
İranda 12 fəal son ağır hökmləri qınayan bəyanat yayıblar

Gunaz.tv

GünAz TV: İranda yaşayan 12 siyasi və sivil fəal işçi aktivistlər, jurnalistlər və digər şəxslərə qarşı çıxarılmış son ağır hökmləri qınayan və məhkəmə sistemini islahatlara çağıran bəyanat yayıb.

 

Aktivistlər son ağır hökmlərin ölkənin məhkəmə və təhlükəsizlik orqanları içərisində daxili çəkişmələrin nümunəsi olduğunu deyiblər.

 

Onlar bildiriblər ki, ölkə məhkəmələrindən bəziləri xüsusi xidmət orqanları və hərbi dairələrin sifarişləri ilə hərəkət edirlər. Hətta ədliyyə orqanları içərisində cinayət işinin başladılmasından istintaq, ittihamnamənin irəli sürülməsi, məhkəmə qərarının çıxarılması, apelyasiya şikayətinə baxılması və hökmün icrasına qədər bütün mərhələləri təkbaşına icra edən müstəqil qurum formalaşıb.

 

12 fəal məhkəmə sistemində mövcud olan bu cür ədalətsizliklərin aradan qaldırılması üçün 15 maddədən ibarət islahat paketi də irəli sürüb.

 

Xatırladaq ki, ötən aylar ərzində İran məhkəmələri güney azərbaycanlı fəallar başda olmaqla, bir çox mədəni və işçi fəallar, eləcə də jurnalistlərə qarşı ağır cəza hökmləri çıxarıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar