SON XƏBƏRLƏR

İranda 13 əyalətə giriş qadağan edilib- Qum şəhərinin adı siyahıda yoxdur

2021.10.20, 07:36
İranda 13 əyalətə giriş qadağan edilib- Qum şəhərinin adı siyahıda yoxdur

Gunaz.tv

GünAz TV: İranın 13 əyalətinə digər bölgələrin əhalisinin girişi qadağan edilib. Lakin siyahıda İranda koronavirusun yayılmasının mənşəyi olan Qum şəhərinin adı yoxdur.

 

Siyahıda girişi bağlanan bölgələrin Gilan, Mazandaran, Gülüstan, Şiraz, İsfahan, Simnan, Qəzvin, Kirman, Yəzd, Çabhar, İlam, Həmədan və Rəzəvi Xorasanı əyalətləri olduğu qeyd edilir.

 

Məlumata əsasən, hətta Kiş adasında da otellərə turist qəbuluna qadağa qoyulub.

 

Qum valisi Bəhram Sərməstin əyalət ərazisində korona epidemiyasının yüksələn xətlə yayıldığını deməsinə baxmayaraq, Qum şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb.

 

Qum əyalətinin rəsmiləri bildirirlər ki, “Bəsic” qüvvələrinin vasitəsilə Qum-Tehran magistralında hərəkət edən avtomobillərin sərnişinlərinin hərarətini ölçməklə, koronavirusun yayılmasına qarşı tədbir həyata keçirirlər. Onlar bildirirlər ki, hərarəti ölçmə məcburi deyil, yalnız şərnişinlərin razılığı əsasında həyata keçirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar