SON XƏBƏRLƏR

İranda 2009-cu il etirazlarının amansızcasına yatırılmasında iştirak edən Həsən Rəiyyət həbs edilib- FOTO

2021.10.20, 07:36
İranda 2009-cu il etirazlarının amansızcasına yatırılmasında iştirak edən Həsən Rəiyyət həbs edilib- FOTO

Gunaz.tv

GünAz TV: İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli daha çox Həsən Rəiyyət kimi tanınan Həsən Mirkazıminin həbs edilməsiylə bağlı yayılan xəbərləri təsdiqləyib.

 

O, jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib ki, Mirkazımi saxlanılıb və barəsində cinayət işi açılıb. Sözçü ilkin araşdırmaların aparıldığına görə, ona qarşı irəli sürülmüş ittihamları açıqlamayıb.

 

Bir neçə gün idi ki, Həsən Rəiyyətin həbs edilməsiylə bağlı mediada məlumatlar yayılırdı. Həmin xəbərlərin bəzilərində onun banklara böyük məbləğdə borcu olduğuna görə, digərlərində isə maliyyə fırıldağı ittihamıyla həbs edilmiş məhkəmə sisteminin rəhbərinin sabiq müavini Əkbər Təbəri ilə əlaqələri olduğuna görə həbs edildiyi bildirilirdi.

 

Həsən Rəiyyət 2009-cu il etirazları zamanı

 

Qeyd etmək lazımdır ki, Həsən Rəiyyət 2009-cu ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilmiş etirazlarının amansızcasına yatırılmasında iştirak edən əsas şəxslərdəndir. həmin dövrdə onun meydanlarda insanlara qarşı zor tətbiq etdiyi və əlində tapanca ilə olan şəkilləri mediada əks olunurdu. Onun Babək Zəncani ilə də yaxın əlaqələri var. 

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar