İranda 230 siyasi fəal Çin prezidentinə etiraz məktubu yazdı: “İslam respublikası İran xalqını təmsil etmir”

2021-03-30 13:41

İranda və xarici ölkələrdə yaşayan 230-dan çox tanınmış siyasi və ictimai fəal, jurnalist, vəkil, hüquşünas və ziyalı martın 28-də Çin prezidenti Si Cinpinə (Xi Jinping) birgə açıq məktub yazaraq Tehranla Pekin arasında 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin imzalanmasına etiraz bildiriblər.

Gunaz.tv Quote | Gunaz article

Məktubda islam respublikasının bütün sahələrdə iflasa uğradığı vurğulanaraq bildirilir ki, İranla Çin arasında imzalanmış memorandum etibarsız və insnlığa zidd olan bir sənəddir.


 “Tehranla Pekin arasında imzalanmış bu sənəd Çar Rusiyası ilə imzalanmış mənfur Gülüstan və Türkmənçay müqavilələrini İran xalqına xatırladır. Məhz buna görə də sizdən gözləntimiz odur ki, öz xarici işlər nazirinizi Pekinə geri çağırmaqla belə bir müqavilənin gerçəkləşdirilməsinin qarşısını alasınız.


İran İslam Respublikası İran xalqının nümayəndəsi deyil və onu təmsil etmir. İran rejimi bu sənədə yalnız özünü məhv olmaq təhlükəsindən qurtarmaq, çöküşünün və devrilməsinin qarşısını almaq üçün qol atıb. 
İranla Çin arasında 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin imzalanması İranın milli mənafeyinə ziddir. Bu sənəd həm də əxlaqi, siyasi, insani və hüquqi baxımdan da qeyri-legitimdir olduğu üçün rədd edilir. 


İran xalqının əksəriyyəti, o cümlədən də ölkənin siyasi elitası, həmçinin hazırda islam respublikasının zindanlarında ən ağır işgəncələrə məruz qalan məhbuslar və ya müxtəlif təzyiq vasitələri ilə susdurulan və ya ölkəni tərk etmək məcburiyyətində qalanlar bu sənədi etibarsız sayırlar”, -deyə 230-dan çox iranlı siyasi və ictimai fəal, jurnalist, vəkil, hüquşünas və ziyalının Çin prezidentinə yazdığı birgə məktubunda bildirilir.


Qeyd olunur ki, hazırda məktubu imzalayanların sayı 4 min nəfəri keçib. 


Xatırladaq ki, martın 27-də Tehranda İranla Çin arasında müxtəlif sahələrdə 25 illik mükəmməl və “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.


Sənədi Çin xarici işlər naziri Vang Yi və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən imzalanıb.


İranın “dini lider”i Əli Xamneyinin razılığı və göstərişi ilə imzalanan sənədin mətni xalqdan və mediadan gizlin saxlanılsa da, Tehran rejiminin müxtəlif sahələrdə Pekinə birtərəfli olaraq çoxlu imtiyazlar verdiyi barədə xəbərlər yayılır.  


Yayılan son məlumatlara əsasən, martın 29-da Tehranda və Kərəcdə yülərlə etirazçı küçələrə çıxaraq, İranla Çin arasında imzalanmış memoranduma etiraz bildiriblər. “İran satlıq deyil” şüarı səsləndirərək ölkəninin hakim ruhanilər tərəfindən hərraca çıxarılmasına son qoyulmasını tələb ediblər. 

وزیر خارجه ایران وزیر خارجه چین

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

2021-05-06

gun az article

Bu tarixdən 18 yaşına çatmış hər kəs vaksin vurdura biləcək

2021-05-06

gun az article

Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır”

2021-05-06

gun az article

Koçaryanın Paşinyana qarşı iddiası əsasında məhkəmə başlayıb

2021-05-06

gun az article

Azərbaycanda son sutkada 2057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

2021-05-06

gun az article

İranın Hormozqan əyalətində tikilmiş yeni raket bazasının peykdən çəkilmiş şəkilləri yayılıb - FOTO

2021-05-06

gun az article

Bağdadda İran rəhbərlərinin şəkilləri yığışdırıldı-Baş nazir göstəriş verdi

2021-05-06

gun az article

Türkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı”nı tanımasını rədd edirik

2021-05-06

gun az article

Ermənistanın Qarabağ məğlubiyyəti: 1580 cinayət işi açılıb, 628 nəfər istintaqa cəlb edilib

2021-05-06

gun az article

Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq

2021-05-06

gun az article

İranda koronavirusdan daha 338 nəfər vəfat edib, 18 409 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-06

gun az article

Prezident: "Gələn il Türk Şurasına sədrlik Qırğızıstana keçəcək"

2021-05-06

gun az article

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin rəisi təyin edilib

2021-05-06

gun az article

Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edilib

2021-05-06

gun az article

Sergey Lavrov: "Qarabağda vəziyyət normallaşıb"

2021-05-06

gun az article

"İranda koronavirusun mutasiya etmiş Hindistan və Afrika ştammlarına yoluxma halları aşkarlanıb”-Səhiyyə naziri

2021-05-06

gun az article

Ağdamın Qarapirimli kəndi - VİDEO

2021-05-06

gun az article

Səhiyyə naziri əvəzi: "Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir"

2021-05-06

gun az article

Bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq-QƏRARGAH

2021-05-06

gun az article

Yaqut Qarayeva: "Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır"

2021-05-06