İranda 3 gün matəm elan edilib

2017-01-09 09:51

GünAzTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Əli Əkbər Haşimi Rəfsəncanının vəfatı münasibəti ilə ölkədə 3 gün matəm elan edilib.

 

İran Nazirlər Kabinetinin yanvarın 8-i axşam saatlarında keçirdiyi fövqəladə iclasında Rəfsəncaninin gözlənilməz ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edilib. Yanvarın 10-u isə tətil elan edilib. Nazirlər Kabinetinin yaydığı bəyanatda bildirilir ki, Rəfsəncani ilə vida mərasimi yanvarın 10-da keçiriləcək və o həmin gün Qum şəhərində torpağa tapşırılacaq.

 

Haşimi Rəfsəncani yanvarın 8-də səhhətində yaranmış qəfil nasazlığa görə Tehranın “Şühədai Təcriş” xəstəxanasına yerləşdirilib. O həmin gün axşam saat 20:30 radələrində gözlənilmədən ürək çatışmamazlığından 82 yaşında vəfat edib.

 

Qeyd edək ki, İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin yaxın adamlarından olan Rəfsəncani, son 38 ildə müxtəlif mühüm vəzifələrdə çalışıb və Xomeyninin ölümündən sonra mövcud sistemin iki sütunundan biri olub. O, iki dəfə İran parlamentinin sədri, iki dəfə ölkə prezidenti vəzifələrində çalışıb. Üləma Məclisinin üzvü və digər mühüm vəzifələrdə fəaliyyət göstərib.

 

Rəfsəncani həmçinin İran-İraq arasında 8 illik müharibənin başa çatmasında mühüm rol oynayıb. Bununla bağlı o, Xomeynini BMT-nin 598 saylı qətnaməsini qəbul etməyə, müharibəyə son qoymağa razı sala bilib. Rəfsəncani həmçinin Xomeyninin vəfatından sonra hazırkı dini lider Əli Xameneyinin ölkə rəhbərliyinə gətirilməsində və ona "ayətullah" və “Vəliyyi-fəqih” titulları verilməsində əsas  rol oynayıb.

 

80-cı illərdə İran parlamentinin sədri vəzifəsində çalışan Rəfsəncani, ölkədə müxalif qruplara qarşı repressiyalarda, minlərlə siyasi məhbusun qətliam edilməsində və xarici ölkələrdə yaşayan onlarla müxalif siyasi şəxsin terrorunda birbaşa əli olsa da, 90-cı illərin ortalarından başlayaraq siyasi mövqeyində dəyişiklik yaranaraq hakimiyyətin radikal qolundan tədriclə uzaqlaşmağa çalışıb. O, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərində islahatçıları, o cümlədən də Mirhüseyn Musəvini dəstəkləyib və getdikcə islahatçılarla eyni mövqedən çıxış etməyə başlayıb. O, siyasi məvqeyində edilən məhz bu dəyişikliyə görə son illər Xamneyiyə yaxın radikal cərəyanın hədəfinə çevrilərək özü və ailə üzvləri müxtəlif təzyiqlərə məruz qoyulub, bir oğlu və bir qızı müxtəlif bəhanə və ittihamlarla zindana salınıb.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17

gun az article

Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

2021-05-17

gun az article

Fələstinlilər narahatdır: İranın fitnəkarlığı atəşkəsi poza bilər

2021-05-17

gun az article

Səudiyyə Ərəbistanı İrana və başqa 12 ölkəyə səfər qadağasını uzatdı

2021-05-17

gun az article

Gürcüstanın DİN başçısı və DTX-nın rəisi Dmanisiyə gəlib: "Məsələnin etnik olduğunu deyənlər düşmənlərdir"

2021-05-17

gun az article

İranlı kinorejissor Babək Xürrəmdin qətlə yetirilib - YENİLƏNİB

2021-05-17

gun az article

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücum: Xəsarət alanlar var-FOTO, VİDEO

2021-05-17

gun az article

Paşinyan bu dəfə Qırğızıstandan DƏSTƏK İSTƏDİ

2021-05-17

gun az article

Əli Əkbər Vilayəti: “Tezliklə Qüdsdə Xamneyinin imaməti ilə namaz qılacağıq”

2021-05-17

gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17