SON XƏBƏRLƏR

İranda 3600 nəfər koronavirusla bağlı "şayiə" yaydığı üçün həbs edilib

2021.10.20, 07:36
İranda 3600 nəfər koronavirusla bağlı "şayiə" yaydığı üçün həbs edilib

Gunaz.tv

GünAz TV: İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəz Şikarçi koronavirusla bağlı "şayiə" yaydığı üçün ölkədə 3600 nəfərin həbs edildiyini bəyan edib.

 

O, həmin şəxslərin adları və yaşadıqları bölgələrlə bağlı ətraflı detalları açıqlamayıb.

 

Sözçü həmçinin iddia edib ki, infeksiyadan əsgərlər arasında ölüm halları qeydə alınmayıb, yalnız İran- İraq müharibəsi dövründə yaralanmış tədaüdə çıxmış hərbçilərdən bu xəstəlikdən ölənlər var.

 

O, Silahlı Qüvvələrin tibbi personalı arasında 4 həkim və tibb bacısının koronavirusdan ölməsini isə əhəmiyyətli rəqəm adlandırmayıb və xalqı "düşmən"in bu istiqamətdə "təbliğatı"na inanmamağa çağırıb.

 

Əbülfəz Şikarçi sonda insanları təhdid edərək bildirib ki, koronavirusla bağlı "şayiə" yayanların hamısı aşkar edilərək həbs olunacaqlar.

 

Xatırladaq ki, bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti yaydığı məlumatda İranda koronavirusla bağlı real rəqəmlər və həqiqətləri yayan şəxslərin həbs edildiyini bəyan etmişdi.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar