SON XƏBƏRLƏR

İranda 4 qadın haqları fəalı ümumilikdə 16 il 8 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
İranda 4 qadın haqları fəalı ümumilikdə 16 il 8 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Tehran İnqilab Məhkəməsi 4 qadın haqları fəalına qarşı “milli təhlükəsizlik əleyhinə çalışma”, “siyasi sistem əleyhinə təbliğ” və “hicab taxmama” kimi ittihamlarla ümumilikdə 16 il 8 ay həbs hökmü çıxarıb.

 

Hökmlə Əkrəm Nəsiran, Nahid Şəqayeqi, Əsrin Dərkalə və Məryəm Məhəmmədi adlı həmin fəalların hər biri 4 il 2 ay həbs cəzasına məhkum edilib.

 

“Qadınların Səsi Assosiasiyası”nın üzvü olan həmin fəallar İranda son 1 ildə icbari hicaba qarşı keçirilən aksiyalardan birində baş örtüklərini çıxardıqları üçün saxlanılmışdılar.

 

Hökm apellyasiya məhkəməsi tərəfindən İranın Cinayət Məcəlləsinin 134-cü maddəsi rəhbər tutmaqla təsdiq edilsə, o zaman hər 4 qadın heç bir halda onlara qarşı çıxarılmış həbs müddətinin 3 ilindən tez azadlığa çıxa bilməyəcəklər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar