İranın Hormozqan əyalətində Rixter cədvəli üzrə 5,5 bal gücündə zəlzələ baş verib.
Gunaz.tv
İran Seysmologiya Mərkəzinin yaydığı məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 01:01-də İranın cənubunda yerləşən Hormozqan əyalətinin “Bəndər Konq” və Qeşm adasının yaxınlığında yerin 19 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin “Bəndər Konq” limanının 28, “Bəndər Lenge” limanının 34 və “Böyük Tonb” adasının 45 kilometrliyində baş verdiyi qeyd edilir.
Zəlzələ nəticəsində Qeşm adasının kənd evlərinin divarlarında çatlar əmələ gəldiyi, adanın Qurzin kəndində isə cüzi dağıntıların olduğu və həmin kəndə xilasedicilərin cəlb edildiyi vurğulanır.
Yeraltı təkanların insan tələfatına səbəb olub-olmaması açıqlanmasa da, zəlzələ nəticəsində 1 nəfərin bədən xəsarəti aldığı bildirilir.
A.M