SON XƏBƏRLƏR

İranda 70 gənc tutulub_Şənlikdə birgə iştirak edən qız və oğlanları 70 şallaq gözləyir

2021.10.20, 07:36
İranda 70 gənc tutulub_Şənlikdə birgə iştirak edən qız və oğlanları 70 şallaq gözləyir

Gunaz.tv
İranda 70 gənc tutulub Şənlikdə birgə iştirak edən qız və oğlanları 70 şallaq gözləyir İranın Şiraz şəhərində 70-ə yaxın gənc həbs edilib. Həbsin səbəbi onların şənlik mərasimində birgə iştirakı olub. Fanatiklərin mərasimə müdaxiləsindən sonra gənclər polis idarəsinə aparılıb və hər biri barədə ayrılıqda cinayət işi açılıb. Mərasimdə qız və oğlanların birgə iştirakı, həmçinin spirtli içkilərdən istifadə etdiyi bildirilir ki, bu da onların ən azı 70 şallaq zərbəsi ilə cəzalandırılacağını göstərir. ("OLAYLAR"İA) -------------------------------------------------------------------- Prezidentlər Qarsda görüşəcək İyulun 24-də Qarsda Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı gözlənilir. Qeyd edək ki, dəmir yolunun tikintisi barədə razılaşma 2007-ci ilin fevralında 3 ölkənin rəhbərləri tərəfindən imzalanıb. Türkiyə tərəfi layihənin gerçəkləşdirilməsinə 380 milyon türk lirəsi ayırıb. Gürcüstan ərazisində isə 29 km yeni yol çəkiləcək və köhnə xətlər bərpa olunacaq. Dəmir yolunun tikintisinin 2010-cu ildə yekunlaşması gözlənilir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar