SON XƏBƏRLƏR

İranda 8 aylıq qız uşağının ölümünə səbəb olan avtomobil oğrusu edam edilib

2021.10.20, 07:36
İranda 8 aylıq qız uşağının ölümünə səbəb olan avtomobil oğrusu edam edilib

Gunaz.tv

 GünAzTV: İranda Benita adlı 8 aylıq bir qız uşağının ölümünə səbəb olmaqda günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş avtomobil oğrusu edam edilib.

 

Hadisə, 11 ay əvvəl, yəni 2017-ci ilin  iyul ayında (1396-cı il, tirin 29-da) Tehran əyalətinin Pakdəşt şəhərinin Moşiriyyə şəhərciyində baş verib. Məhəmməd Vəfai adlı müttəhim, dostlarından birinin yardımı ilə bir mənzilin qabağında dayanmış, avtomobili oğurlayaraq naməlum istiqamətə aparıb. Hadisə, qızın atası parkinginin qapısını açmağa gedərkən baş verib. Həmin vaxt uşaq avtomobilin arxa hissəsində yatırmış.

 

Oğrular, avtomobili şəhərin kənarına aparıb onun maqnitafonunu və bəzi dəgir hissələrini açdıqdan sonra onu, uşaq içində ola-ola buraxıb qaçırlar. Beləliklə də, şüşələri bağlı olan avtomobil, yayın qızmar vaxtında saatlarla isti havada günün altında qalır. Nəticədə,  qız uşağı istidən, aclıqdan və oksigen çatışmamazlığından ölür. Az sonra cinayətkarlar yaxalanaraq mühakimə olunurlar və qızın ölümündə əsas təqsirkar kimi tanınan müttəhim Məhəmməd Vəfai edama məhkum edilir.

 

Avtomobil oğurluğunda və qız uşağının ölümünə səbəb olmaqda günahlandırılan müttəhim, iyunun 18-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar