SON XƏBƏRLƏR

İRANDA 9 QADIN HÜQUQ MÜDAFİƏÇİSİ AZADLIĞA BURAXILIB

2021.10.20, 07:36
İRANDA 9 QADIN HÜQUQ MÜDAFİƏÇİSİ AZADLIĞA BURAXILIB

Gunaz.tv
9 QADIN HÜQUQ MÜDAFİƏÇİSİ AZADLIĞA BURAXILIB İran hüquq-mühafizə qüvvələrinin iyunun 12-də saxladığı 9 qadın hüquq müdafiəçisi bu gün səhər azadlığa buraxılıb. Onların vəkil Nəsrin Sütudə və jurnalist Jila Bəni Yaqub da var. «Media forum» saytının məlumatına görə, dünən İran qadınlarının həmrəylik günü münasibətilə Tehranın «İpək yolu» qalereyasında toplaşan 20-yə yaxın hüquq müdafiəçisi polisin qadağasıyla üzləşiblər. Əvvəlcədən razılaşdırılmış tədbirə müdaxilə olunmasına etiraz edən qadınların 9 nəfəri tutulub polis bölməsinə aparılıb. Polis bölməsində onları saatlarla dindirdikdən sonra bu gün səhər azadlığa buraxıblar. Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında İranda insan hüquqlarının ardıcıl pozulmasından təəssüfləndiyini bildirib: «Təəssüflər olsun ki, İranda insan hüquqları ardıcıl olaraq pozulur. Mən bilmirəm 20-yə yaxın qadının bir yerə toplaşmasını nə adla qanunsuz hərəkət sayıb bunun qarşısını alırlar». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar