İranda ad günü mərasimində şərab içdiyinə görə qamçılanan gənc qız başına gələnlərdən danışıb

2016-11-14 12:05

GünAzTV: İranın Məşhəd şəhərində  rəfiqəsinin ad günü mərasimində şərab içdiyinə görə qamçılanan 28 yaşlı gənc qız, xaricdə fəaliyyət göstərən müstəqil jurnalist Məsih Əlinəjada açıqlamasında barəsində çıxarılan 80 şallaq zərbəsi hökmünün icrası zamanı başına gələnlərdən daışıb.

 

Adının mediaya açıqlanmasını istəməyən gənc qız deyib ki, o ad gününə qatıldığına görə iki il yarım əvvəl tutulsa da, barəsində çıxarılan 80 şallaq zərbəsi hökmü son günlər icra edilib: “İki il yarım əvvəl rəfiqəmin ad günü mərasiminə qatılmışdım. Rəfiqələrim və dost-tanışlarla birlikdə deyib-gülüb, şənlənir, xoş anlar keçirirdik. Lakin birdən-birə polislərin evə girməsinin şahidi oldum. Çox dəhşətli anlar idi. O süəhnələri heç cürə unuda bilmirəm. Onlar, kimlik və ya  məhkəmə qərarı göstərmədən bizi avtomobillərə mindirib bölməyə apardılar. Oradan isə bizi alkoqollu içkilər içib-içmədiyimizi müəyyənləşdirmək üçün “münkərat” idarəsinə köçürdülər. “Münkərat” idarəsində  cüssəli və yekəpər iki qadın polis məni otaqlardan birinə salıb soyunmağımı, çılpaq şəkildə dalbadal oturub durmağımı istədi. Dedim ki, mən sizin yanınızda soyuna bilmərəm, utanıram və özümü rahat hiss etmirəm. Dedilər ki, oğlanların yanında soyunub açıq-saçıq otura bilirsiniz, burda niyə soyunmursan.

 

Nə isə, bizi iki sutka həbsdə saxlayıb çoxlu təhqir etdikdən sonra məhkəməyə apardılar. Məhkmədə mülki vəsiqə qarşılığında azadlığa buraxılsam da, məhkəmənin barəmdə çıxardığı hökm mənə iki il yarımdan sonra gəldi. Məhkəmənin hökmü ilə mən ad günü mərasimində şərab içməkdə günahlandırılaraq 80 şallaq zərbəsinə məhkum edilmişdim. Barəmdə çıxarılan hökmün icrası gününə yaxınlaşdıqca halım pisləşir, qorxu hissi keçirirdim. Nəhayət hökmün icrası günü gəlib çatdı. Mən zindana getməli oldum. Həbsxanada mənimlə qətl və ya cinayət törətmiş şəxs kimi davranırdılar. Onlar əllərimi və qollarımı qandalladıqdan sonra zindan işçilərindən olan cüssəli bir qadın məni otaqlardan birinə aparıb soyundurdu və çarpayı üstündə uzatdıqdan sonra gön bir şallaqla arxamı və kürəyimi qamçılamağa başladı. Qadın, məni qamçılayarkən tez-tez deyirdi ki, dua elə Allha səni bağışlasın və günahından keçsin. Birinci zərbədən sonra fəryadım yerə-göyə sığmırdı. 80-ci zərbəyə qədər necə dözdüyümü bircə Allah bilir. Hökm artıq yerinə yetirilmişdi. Mənim isə kürəyim ağrıdan gizildəyib yanır, gözlərimdən yaş axırdı. Bütün vücudumla bağırmaq istəyir, öz ölkəmdə bu qədər tənhaqlığıma və məruz qoyulduğum bu qədər zülmə və təhqirə etiraz bildirmək istəyirdim. Axı, dünyanın harasında görünüb ki, gənc bir qızı ad gününə qatılıb şənləndiyinə görə aparıb şallaqlasınlar”.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17