SON XƏBƏRLƏR

İranda araq içdiyinə görə bir gəncə ictimaiyyət qarşısında şallaq zərbələri vurulub - VİDEO

2021.10.20, 07:36
İranda araq içdiyinə görə bir gəncə ictimaiyyət qarşısında şallaq zərbələri vurulub - VİDEO

Gunaz.tv

GünAzTV: İranın Rəzəvi Xorasan əyalətinin Torbəti-cam şəhərində araq içməkdə günahlandırılaraq həbs edilən bir gəncə ictimaiyyət qarşısında şallaq zərbələri vurulub.

 

Bu barədə, yanvarın 5-də sosial şəbəklərdə yayılan bir video-çarxda, günahsız gəncə verilən işgəncə səhnələri öz əksini tapıb.

 

Şəhərin mərkəzi küçlərinin birində yüzlərlə rejim tərəfdarının gözü qarşısında vəhşicəsinə şallaqlanan gəncin adı və onun alkoqollu içkini ictimai yerdə və ya qapalı mühitdə içməsi barədə məlumat yayılmayıb.

 

Xorasanlı gəncə vurulan şallaq səhnələrinin sosial şəbəkələrdə yayılması, əhalinin və internet istifadəçilərinin etirazına səbəb olub.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında dini azlıqlardan olan vətəndaşlar istisna olmaqla, ölkənin müsəlman əhalisinin alkoqollu içkilər qəbul etməsinə qadağa qoyulub. Qadağanı pozanlar isə həbsə, pul cəriməsinə və ictimaiyyət qarşısında şallaq zərbələrinə məhkum edilirlər.  

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar