SON XƏBƏRLƏR

İranda atışma nəticəsində 1 əsgər həlak olub

2021.10.20, 07:36
İranda atışma nəticəsində 1 əsgər həlak olub

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında İranın Xürrəmabad şəhərində polis qüvvələri silahlı hücuma məruz qalıb.

 

Naməlum silahlılar ilk öncə yanacaq dondurma məntəqəsində dayanmış benzin daşıyan maşını atəşə tutublar. Nəticədə maşın partlayıb. Parlayışın gücündən ətrafdakı tikililərə də zərər dəyib.

 

Silahlılar bundan sonra ərazidə olan polis qüvvələrini də atəşə tutublar. Atışma nəticəsində İran hüquq mühafizə orqanlarında hərbi xidmət keçən 1 əsgər həlak olub, 1 polis əməkdaşı isə yaralanıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

 

Silahlılar hadisə yerindən qaça biliblər. Hadisənin hansı motivlər səbəbindən törədildiyi barədə məlumat verilmir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar