SON XƏBƏRLƏR

İranda “Axır çərşənbə” mərasimində 1 nəfər ölüb, 1500-dən çox insan yaralanıb - FOTOLAR

2021.10.20, 07:36
İranda “Axır çərşənbə” mərasimində 1 nəfər ölüb, 1500-dən çox insan yaralanıb - FOTOLAR

Gunaz.tv

GünazTV: Martın 19-da Tehranda və İranın digər şəhərlərində keçirilən “Axır çərşənbə” şənliklərində baş verən xoşagəlməz hadisələrdə ən azı 1 nəfər ölüb, 1500-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Ölkədə təhlükəsiz standartlara uyğun taraqqa və alovlandırıcı maddələrin satışına qadağa qoyulması, yeniyetmə uşaqların şənlənmək üçün əldəqayrma və qeyri-standart kimyəvi maddələrdən istifadəsi  “Axır çərşənbə” şənliklərində vətəndaşların ölümünə və yaralanmasına səbəb olub. İran Səhiyyə Nazirliyinin rəsmisi Peyman Saberiyan jurnalistlərə açıqlamasında bildirib ki, Zəncan şəhərində qeyri-standart alovlandırıcı maddələrdən istifadə etdən bir nəfər həyatını itirib, axşam saatlarına qədər əlindən və əsasən gözlərindən xəsarət alan 433 nəfər tibb mərkəzlərinə müraciət edib.

 

Bildirilir ki, Zəncanda, Tehranda və digər şəhərlərdə keçirilən şənlik mərasimlərində həmin maddələrdən istifadə edən onlarla insan hansısa bir bədən üzvünü, o cümlədən də göz, qol və ya barmaqlarını itirib.  

 

 

 Qeyd edək ki, İranın hökuməti hər il Novruz bayramı ərəfəsində  “Axır çərşənbə” mərasiminin keçirilməsinin qarşısını almağa çalısalar da, buna nail ola bilmir. Rejim, hər il, təhlükəsiz və standartlara uyğun taraqqaların ölkəyə buraxılmasının qarşısını aldığına görə, uşaqlar və yeniyetmələr əldəqayırma qeyri-standart taraqqa və partlayıcı maddələrdən istifadə etmək məcburiyyətində qalır. Bu isə hər il “Axır çərşənbə” şənliklərində yüzlərlə insanın ölümünə və ya yaranmasına səbəb olur.

 

 

 

 

A.M

 

 

 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar