Prezidentliyə namizəd İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb

2021-06-11 14:45

Prezidentliyə namizəd, İranda “Ayətullah Edam” ləqəbi ilə ad çıxarmş Məhkəmə Sisteminin başçısı İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb.

Gunaz.tv Quote | Gunaz article

O, seçkiqabağı təşviqat kampaniyası zamanı Qərbi azərbaycanlılara səslənib. 

Rəisi deyib ki, Urmu gölünün bərpası planı onun başçılıq edəcəyi 13-cü hökumətin əsas layihələrindən biri olacaq.

Gölün bərpası barədə deyilənlərin bu günə kimi reallaşmadığını vurğulayan namizəd ciddi addımların atılmasını zəruri sayıb.

"Urmu gölünün bərpası şou göstərmək üçün deyil. Bunun üçün real addımlar atılmalı, tədbirlər görülməlidir”-deyə, o, Həsən Ruhani komandasına replika atıb.

İbrahim Rəisi Urmu gölünü ölkənin ən dəyərli sərvətlərindən biri adlandırıb. 

"Ölkədə iddia olunduğu kimi su qıtlığı yoxdur. Problem mövcud su qaynaqlarının düzgün idarə edilməsindədir"-deyə, İ.Rəisi bildirib.

Qeyd edək ki, ötən seçkilərdə Həsən Ruhani seçicilərə bir sıra vədlər vermişdi.  

Urmu gölünün bərpası, türk dilində təhsil layihəsinin reallaşdırılması  və türk dili akademiyasının qurulması Həsən Ruhaninin 8 il öncə prezident seçkiləri ərəfəsində Azərbaycan türklərinə verdiyi əsas vədlərdən idi.

Lakin iki dövr prezident kürsüsünə oturan və bu günlərdə müddəti başa çatmaqda olan Həsən Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib.


Bununla yanaşı o, may ayının ilk günlərində fars dili və ədəbiyyatı müəllimləri ilə keçirdiyi görüşdə fars dilini İranın kimlik bəlgəsi və milli birliyin əsas amili adlandırıb.

Prezident qeyd edib ki, qeyri-fars xalqların öz dillərində təhsil almaq istəyi "düşmənlərin fitnəsi"dir. O, ana dilində təhsil tələbini "fars dilinə və milli kimliyə qarşı nifrət bəsləyən qüvvələrin hücumu" olduğunu deyib.

İndi isə Güney Azərbaycan və İranda yaşayan türklərinin dəstəyini qazanmaq, onların seçkilərdə aktivliyini artırmaq üçün eyni vədlər İbrahim Rəisi və başqa namizədlər tərəfindən səsləndirilməkdədir.

Qeyd edək ki, İbrahim Rəisi 1988-ci ildə Ruhullah Xomeyninin göstərişi ilə yaranan İran-İraq müharibəsinin bitməsindən sonra rejimə müxalif məhbusların cəzalandırılması ilə məşğul olan qurumun 4 üzvündən biri olub. 

Şəriət hakimi Hüseynəli Nəyyeri, ölkə prokuroru Murtuza Eşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədinin iştirakı ilə yaradılan qurum “Ölüm heyəti” adı ilə tanınır.


“Ölüm heyəti” ölkə həbsxanalarının qapılarını 3 ay müddətinə məhbus ailələrinin üzünə bağlayıb. Həmin müddətdə bütün siyasi məhbuslar, o cümlədən də xalq mücahidləri və kommunistlər “Ölüm heyəti” tərəfindən yenidən dindirilib. 

2-3 dəqiqə sürən hər bir dindirilmədə məhbuslar arasında kimlərin əvvəlki əqidəsinin üstündə durub-durmadığı müəyyən edilib. 

Nəticədə tövbədən imtina edən məhbusları başqalarından ayırıblar. 

Bununla da minlərlə günahsız məhbus, qısa bir zaman kəsiyində gülləbaran edilib və ya dar ağacından asılıb.

Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb. 

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16