SON XƏBƏRLƏR

İranda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etiraz edilib – VİDEO

2021.10.20, 07:36
İranda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etiraz edilib – VİDEO

Gunaz.tv

GünAz TV: İranın Qum Əyalətində Qadınların Şotokan Beynəlxalq Karate Çempionatında Azərbaycan Respublikasına qarşı qərəzli mövqe sərgilənib.

 

Məlumata görə, Qadınların Şotokan Beynəlxalq Karate Çempionatına fevralın 14-də start verilib. Yarışlar zamanı Azərbaycan bayrağı işğalçı Ermənistan bayrağının altında nümayiş etdirilib.

 

İran Karate Federasiyasının təxribatçı hərəkəti Azərbaycan komandası üzvlərinin etirazı ilə qarşılanıb, bundan sonra Azərbaycan bayrağı Ermənistan bayrağının altından götürülüb və salonun digər yerində dalğalandırılıb.

 

İranda idman yarışlarında dəfələrlə Azərbaycan bayrağına qarşı oxşar təxribatlar müşahidə olunub.

 

Qadınların Şotokan Beynəlxalq Karate Çempionatına İran əyalətlərinin komandaları ilə yanaşı 6 xarici ölkədən 21 idmançı qatılıb.

 

https://www.youtube.com/watch?v=ZngbBDmnkUE

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar