SON XƏBƏRLƏR

İranda Azərbaycan əsilli daha 1 sərhədçi silahlı kürd qruplaşmaları ilə qarşıdurmada öldürülüb

2021.10.20, 07:36
İranda Azərbaycan əsilli daha 1 sərhədçi silahlı kürd qruplaşmaları ilə qarşıdurmada öldürülüb

Gunaz.tv

GünAzTV: İranda Azərbaycan əsilli daha 1 sərhədçi yerli kürd terror qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada həlak olub.

 

Hadisə, iyunun 20-də Qərbi Azərbaycan əyalətinin Piranşəhr (Xana) şəhərində, Təmərçin sərhəd polis qərargahı yaxınlığında baş verib. Yerli hüquq-mühafizə qüvvələri ilə Kürdüstan Demokrat Partiyası yaraqlıları ilə baş verən qarşıdurmada, Sulduz şəhər sakini olan  azərbaycanlı sərhədçi Əli Haşimi güllə yarası alaraq yerindəcə həlak olub, daha bir sərhədçi yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Qarşıdurmada yaraqlı kürd qruplaşmasının mümkün itkiləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar