SON XƏBƏRLƏR

İranda azyaşlı qızların evlilik halı 4 dəfə çoxalıb- FOTO

2021.10.20, 07:36
İranda azyaşlı qızların evlilik halı 4 dəfə çoxalıb- FOTO

Gunaz.tv

GünAz TV: İranın Gənclər və İdman nazirinin cavanlarla iş üzrə müavini Məhəmmədmehdi Tündquyan evlilik üçün verilən kreditlərin məbləğinin artırılmasından sonra ölkənin müxtəlif bölgələrində azyaşlı qızların nikaha daxil olma sayının 4 dəfə çoxaldığını deyib.

 

O bildirib ki, mədəni və iqtisadi cəhətdən xeyri geridə qalan ölkənin bəzi nöqtələrində evlilik kreditindən 15 yaşdan aşağı uşaqların, xüsusilə də qızların bir növ alınıb- satılması üçün istifadə olunur.

 

Rəsmi evlilik üçün ayrılan kredit məbləğinin artırılmasını tənqid edib, bunun gənclərin ailə qurmasına kömək etmədiyini, əksinə daha çox ictimai problemlərə yol açdığını deyib.

 

“Cavanlar kasıblıq səbəbindən krediti ödəyə bilmədikləri halda, təkcə kredit məbləğinin artırılması kifayət deyil. Onların həm işləyib, krediti geri qaytara bilmələri üçün də şərait yaradılmalıdır, həm də bu xüsusda müəyyən yaş kateqoriyası tətbiq edilməlidir”,- deyə Məhəmmədmehdi Tündquyan əlavə edib.

 

O, sonda bildirib ki, krediti əldə edə bilmək üçün, hətta 40- 45 yaşlı adamlar da yenidən evlənməyə cəhd göstərirlər.

 

Qeyd etmək lazımdır ki, İranda azyaşlıların, xüsusilə də qızların evliliyi ən böyük ictimai problemlərdən biridir. Ölkənin bəzi nöqtələrində 9 yaşlı qızların ərə verilməsi halı da ötən illər ərzində müşahidə edilib. Milli Məclisin qadın deputatları evlilik yaşının dəyişdirilməsinə dəfələrlə cəhd göstərsələr də, onların bu təlaşları mühafizəkar və ruhani millət vəkillərinin əks mövqelərinə görə nəticəsizliyə düçar olub.

 

Digər tərəfdən, cari ilin yanvar ayında İranlı tədqiqatçı Kamil Əhmədi ölkədə erkən yaşda baş tutan uşaq evliliklərinin kəskin həddə çox olduğunu demişdi. O, həmin dövrdə İranda ən azı 14 min boşanmış azyaşlı qız uşağını olduğunu, ölkə ərazisində bağlanan nikahların 18%-nin 18 yaşdan kiçik qızlarla baş tutduğunu qeyd etmişdi.

 

 

Ondan əvvəl, 2018-ci ilin may ayında İran Milli Məclisinin qadınlar üzrə iş fraksiyasının üzvü Məsumə Ağapur Əlişahi isə İranda 18 yaşdan aşağı dul qız uşaqlarının sayının 24 min nəfər olduğunu demişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar