İranda baş verən 5,9 bal gücündə zəlzələdə ən azı 75 nəfər yaralanıb

07.01.2019, 02:10

GünAzTV: Yanvarın 6-sı, yerli vaxtla axşam saat 17:11 radələrində, İranın Kirmanşah əyalətinin Gilanqərb şəhəri yaxınlığında  Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələnin ocağı Gilanqərbin 24 kilometrliyində, yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ İranın İlam və Loristan əyalətlərində, eləcə də İraqın Nəcəf, Bağdad və Kürdüstan muxtariyyəti şəhərlərində də hiss edilib.

 

Yayılan ilkin məlumatlara əsasən, zəlzələdə ən azı 75 nəfər yaralanaraq, Kirmanşah şəhərinin xəstəxanalarına yerləşdirilib. Zəlzələ nəticəsində bəzi kənd evlərinin divarlarında çatların əmələ gəldiyi bildirilsə də, ciddi dağıntıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. Zəlzələdən sonra əyalətin müxtəlif bölgələrində 7 güclü yeraltı təkan qeydə alınıb.

 

Kirmanşah əyalətinin ostandarı Huşəng Bazubənd jurnalistlərə açıqlamasında, zəlzələnin baş verdiyi bölgəyə xilasedicilərin cəlb edildiyini bildirib.

 

 

Xatırladaq ki, 2018-ci il, noyabrın 25-də yerli vaxtla axşam saat 20:07 radələrində, İranın Kirmanşah əyalətində  Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş vermişdi.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Milli fəal Möhsün Möhsünzadə Ərdəbil zindanına köçürülüb

2022-09-30

gun az article

Ərdəbildə etirazçılar polis qüvvələrini qaçmağa məcbur ediblər-VİDEO

2022-09-30

gun az article

“Sözümüz” proqramında müzakirə: “Nə etməliyik?” - VİDEO

2022-09-30

gun az article

"Hak medetkar oldu Azerbaycan etrakına"-Mayis Əlizadə yazır

2022-09-30

gun az article

Ərdəbildə etiraz aksiyaları başlayıb-VİDEO

2022-09-30

gun az article

Əbhərdə həbs edilən daha 3 fəalın kimliyi bəlli olub

2022-09-30

gun az article

Təbriz etirazlarında həbs edilən 4 azərbaycanlı kinematoqrafçının taleyindən xəbər yoxdur

2022-09-30

gun az article

Güney Azərbaycanda onlarla fəal həbs edilib

2022-09-30

gun az article

Təbrizdə َyeniyetmə Atilla Ərfəi həbs edilib

2022-09-30

gun az article

İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı yenidən Azərbaycanı ittiham edib-VİDEO

2022-09-30

gun az article

Təbrizli fəal Seyid Məhəmmədrza Müvəhhid müvəqqəti azadlığa buraxılıb

2022-09-30

gun az article

Məlikanda azərbaycanlı fəal Əmir Sadiqiyan həbs edilib

2022-09-29

gun az article

"Qadınlar basqılara qarşı 43 illik mübarizədən əldə etdikləri təcrübə ilə küçəyə çıxıblar"-Jalə Təbrizli

2022-09-29

gun az article

 “Görüş”də müzakirə: “İranda etiraz davam edir” və Hədis Nəcəfi”  -VİDEO

2022-09-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və milli görəvimiz” - VİDEO

2022-09-29

gun az article

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022-09-29

gun az article

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

2022-09-29

gun az article

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28