SON XƏBƏRLƏR

İranda başlayan kütləvi etirazlar Azərbaycan şəhərlərinə keçdi - VİDEO

2021.10.20, 07:36
İranda başlayan kütləvi etirazlar Azərbaycan şəhərlərinə keçdi - VİDEO

Gunaz.tv

GünAz TV: Dekabrın 28-də Məşhəd şəhərində sosial-iqtisadi problemlərlə bağlı başlayan kütləvi etiraz aksiyaları bütün ölkəni, o cümlədən Azərbaycan şəhərlərini bürüməkdədir.

 

Məşhəd, Qum, Həmədan, İsfahan, Kirmanşah, Rəşt, Əhvaz, Qəzvin, Sari, Xürrəmabad, Bocburd və s. kimi şəhərlərdə keçirilən etiraz aksiyalarına şənbə günü paytaxt Tehran da qoşulub.  İnqilab meydanından başlayan aksiya daha sonra Tehran Universiteti və digər məntəqələri əhatə edib.

 

Etiraz aksiyası dekabrın 30-da Güney Azərbaycanın Urmiyə, Zəncan və Əbhər şəhərlərində də baş tutub.

 

Zəncan və Əbhərdə etirazçılar “Axund rədd olmalıdır”, “Millət acından dilənir, Ağa (Xamenei nəzərdə tutulur) allahlıq edir” və s. kimi şüarlar səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=2&v=MZH0h2yf6I0

 

Urmiyədə isə şəhərin mərkəzinə yaxın xiyabanlarda keçirilən etiraz aksiyası təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qalıb. Videoda göründüyü kimi etirazçılar polis əməkdaşlarının hücumuna məruz qalaraq döyülüb.

 

https://www.youtube.com/watch?v=gPYp2t9mmWk

 

https://www.youtube.com/watch?time_continue=3&v=Hw3Cyzer-V4

 

 

Müxtəlif şəhərlərdə keçirilən aksiyalarda çox sayda etirazçı saxlanılıb.

 

Sosial-iqtisadi problemlər, yoxsulluq və ölkədəki ədalətsizliklə əlaqədar keçirilən aksiyalarda çoxlu siyasi şüarlar səsləndirilib. Etirazçılar Həsən Ruhaninin iqtisadi siyasəti və İranın Yaxın Şərq siyasətinə etiraz edib ən çox “Xameneiyə ölüm”, “Diktatora ölüm”, “Axund rədd olmalıdır” və s. kimi şüarlar səsləndiriblər.

 

Tehranda keçirilən aksiyaların tam siyasi xarakter aldığı bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar