SON XƏBƏRLƏR

İranda bəhai və hüquq müdafiəçisi Jinus Sübhani azadlığa buraxılıb

2021.10.20, 07:36
İranda bəhai və hüquq müdafiəçisi Jinus Sübhani azadlığa buraxılıb

Gunaz.tv

GünazTV: İranda bəhai dininə mənsub olan “İnsan Haqları Müdafiəçiləri Mərkəzi”nin sabiq katibi Jinus Sübhani həbs edildikdən bir gün sonra azadlığa buraxılıb.

 

Yayılan məlumatda bildirilir ki, rejimin təhlükəsizlik qüvvələri iki gün əvvəl Jinus Sübhanini başqa bir şəxslə səhv salaraq həbs edib, lakin bu barədə baş verən anlaşılmazlıqlar aradan qaldırıldıqdan sonra o aprelin 1-də azadlığa buraxılıb. Bəhai xanımın həbsinin gerçək səbəbləri hüquq müdafiəçiləri tərəfindən araşdırılır.

 

İranın təhlükəsizlik qüvvələri Jinus Sübhanini martın 31-də Tehranda yaşadığı özünün şəxsi mənzilində həbs edərək naməlum istiqamətə aparmışdılar. ETTELAAT əməkdaşları mənzildə yoxlama aparmış, bəhai xanımın mobil telefonunu, noutbukunu və bir sıra digər şəxsi əşyalarını da özləri ilə aparmışdılar.

 

Bildirilir ki, Jinus Sübhani, bəhai olduğuna görə bundan əvvəl də həbs edilib. O, 2009-cu il yanvarın 14-də əsassız ittihamlarla həbs olunsa da, az sonra 70 milyon tümən zamin qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı radikal ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar