SON XƏBƏRLƏR

İranda bir neçə şagirdi zorlayan, 17 məktəblini bir-biri ilə cinsi əlaqəyə girməyə vadar edən məktəb müdirinin müavini tutulub - VİDEOLAR

2021.10.20, 07:36
İranda bir neçə şagirdi zorlayan, 17 məktəblini bir-biri ilə cinsi əlaqəyə girməyə vadar edən məktəb müdirinin müavini tutulub - VİDEOLAR

Gunaz.tv

GünAzTV: Paytaxt Tehranda, oğlanlara məxsus orta məktəblərindən birində bir neçə yeniyetmə şagirdə mobil telefonundakı pornoqrafik səhnələri göstərdikdən sonra zorlayan, 17 məktəblini isə öz kabinetində bir-biri ilə cinsi əlaqəyə girməyə vadar edən məktəb müdirinin hizbullahçı müavini tutulub.

 

Baş vermiş cinayət, cinsi təcavüzə məruz qalan məktəblilərdən birinin məsələni valideynlərinə danışmasından sonra ifşa edilib. Belə ki, iki ay əvvəldən övladlarının rəftarında dəyişiklik əmələ gəldiyini və onun əsəblərinin pozulduğunu görən valideynlər, onu dilə tutaraq danışdırmağa başlayıblar və həmin yeniyetmə məktəbdə onun və dostlarının başına gələnləri onlara danışıb.

 

Cinayətin ifşa olunmasından sonra, məktəb müdiri müavininin cinsi qurbanlarına çevrilən 17 şagirdin valideynləri bir yerə toplanaraq baş vermiş olaya kəskin etirazlarını bildiriblər. Nəticədə, adı açıqlanmayan təcavüzkar şəxs tutularaq, məktəblil yeniyetmə oğlanlara qarşı törətdiyi cinayət xarakterli əməlini boynuna alıb.

 

İslam respublikasında baş verən bu cinayətin ifşa olunmasının ardınca, məsələ sosial şəbəkələrdə geniş yayılaraq vətəndaşların kəskin qəzəbinə səbəb olub. Hökumət saytları, əvvəlcə məsələni ört-basdır etməyə çalısalar da, bunun qeyrim-mümkün olduğunu görəndən sonra, son günlər,  yeniyetmə məktəblilərin başına gələnləri az da olsa işıqlandırmaq məcburiyyətində qalıblar.

 

 

Cinayətin cəmiyyətdə rezonansını görən İranın dini lideri axund Əli Xamneyi, bir neçə günlük sükutuna son qoyaraq, mayın 29-da İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə məktub yazaraq, baş vermiş bu cinayətə növbədənkənar baxılmasını və cinsi təcavüzdə əli olan şəxs və ya şəxslərin qısa bir zamanda mühakimə olunaraq cəzalandırılmasını tələb edib.

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar