SON XƏBƏRLƏR

İranda cəvahirat satışında kəskin azalma müşahidə olunub- FOTO

2021.10.20, 07:36
İranda cəvahirat satışında kəskin azalma müşahidə olunub- FOTO

Gunaz.tv

GünAz TV: Beynəlxalq Qızıl Şurasıının yeni hesabatında İranda 2019-ci ilin 2-ci 3 aylıq dövründə ötən ilin analoji dövrü ilə müqayisədə qızıl külçələri və sikkələri alışının 31% azalaraq, 10 ton 460 kiloqrama düşdüyü bildirilir.

 

Cəvahirat bazarında da kəskin azalma müşahidə edilir. Belə ki, bu 3 ay ərzində sözügedən sektorda edilmiş müamilələrin ümumi həcmi 5% geriləməklə, 6.2 ton təşkil edilib. Beləliklə, 2018-ci ildən bu tərəfə İranda ard-arda olaraq, artıq 6-cı fəsldir ki, cəvahirat satışı geriləməyə doğru gedir.

 

Bunun səbəbinin iqtisadiyyatın çökməsi səbəbindən əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və gəlirlərinin azalması hesab edilir. Cəvahirat qızıl külçələri və sikkələrindən fərqli olaraq, maliyyə vəsaitlərinin saxlanması üçün alternativ kimi istifadə etmək üçün effektiv vasitə sayılmır.

 

Xatırladaq ki, Amerika dolları 2018-ci ilin yayında 3700 tüməndən təqribən 13000-ə qədər qalmışdı. Bu məzənnə bəzi cüzi enib-qalxmalara rəğmən, 2019-ci ilin yay aylarında da demək olar ki, stabil qalıb. Hazırda isə 1 ABŞ dolları təxminən 11 min 400 tümənə dəyişilir.

 

Bununla belə, külçə və sikkə alışı Amerikanın 2018-ci ilin may ayının 8-də nüvə razılaşmasından çıxmasından öncəki illərlə müqayisədə artmaqdadır. Bu hal insanların ölkə valyutasına inamının itməsi və nəticədə öz pullarını qızıl formasında saxlamağa üstünlük verməsindən qaynaqlanır.

 

 

Beynəlxalq Qızıl Şurasıının hesabatına əsasən, ağır sanksiyaları və riyalın öz dəyərini kəskin itirməsini nəzərə aldıqda, cari ilin sonlarına qədər qızıl və külçə bazarında kəskin artım proqnozlaşdırılmır.

 

Hesabatda həmçinin qeyd edilir ki, 2019-cu ilin 3 yay fəslində dünya üzrə qızıl külçə və sikkə satışı 217 ton 600 kq təşkil edib. Bu isə öz növbəsində ötən ilin analoji dövrünə nisbətən 12%-lik azalmadan xəbər verir.

 

Dünyanın cəvahirata olan ehtiyacı isə 2% yüksələrək, qeyd edilən 3 ay ərzində 531 ton 600 kiloqrama çatıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar