SON XƏBƏRLƏR

İranda çörəyin qiymətinin artırılması ilə bağlı Nazirlər Kabinetinə qanun layihəsi təqdim ediləcək

2021.10.20, 07:36
İranda çörəyin qiymətinin artırılması ilə bağlı Nazirlər Kabinetinə qanun layihəsi təqdim ediləcək

Gunaz.tv

GünAz TV: İran Sənaye, Mədən və Ticarət Nazirliyinin daxili ticarət şöbəsinin rəhbəri Abbas Qubadi çörəyin qiymətinin dəyişdirilməsi ilə bağlı təmsil etdiyi qurumun 3 qanun layihəsi hazırladığını deyib.

 

Rəsminin sözlərinə görə, həmin qanun layihələrindən birində çörəyin qiymətinin 25% artırılması nəzərdə tutulur və o, təsdiqlənmə üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

 

Baxmayaraq ki, Həsən Ruhani hökuməti son 5 ildə çörəyin qiymətinin artırılması ilə bağlı qərar qəbul etməyib, lakin yerli media orqanlarında yayılan məlumatlar göstərir ki, çörək istehsalı ilə məşğul olan müəssisələr hər gün qanunsuz olaraq müxtəlif növ çörəklərin qiymətlərini artırırlar. Rəqəmlərə əsasən, çörəyin qiyməti son aylar ərzində 2 dəfə qalxıb.

 

Qubadi çörəyin 25% bahalaşdırılması üçün nəzərdə tutulan qanunun Bazarın Tənzimlənməsi üzrə Qərargah tərəfindən qəbul edildiyini və onun yaxında təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcəyini deyib.

 

Qeyd etmək lazımdır ki, İranda bütün sahələrdə mövcud olan bahalaşma nəticəsində çörəyin hazırlanması üçün lazım olan xammal məhsulların dəyəri də yüksəlib. Çörək sexləri istehsala davam edə bilmək üçün qiymətlərin artırılmasını tələb edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar