SON XƏBƏRLƏR

İranda çovğuna düşən 17 yaşlı yükdaşıyan uşaq ölüb, 14 yaşlı qardaşı isə itkin düşüb

2021.10.20, 07:36
İranda çovğuna düşən 17 yaşlı yükdaşıyan uşaq ölüb, 14 yaşlı qardaşı isə itkin düşüb

Gunaz.tv

GünAz TV: İranın sərhəd bölgələrində ağır iqtisadi vəziyyət, rüşvətxorluq və dövlətin etinasızlığı kimi hallara görə, insanlar acınacaqlı vəziyyətdə yaşayırlar. Həmin bölgə əhalisinin çoxu bellərində yük daşımaqla əldə etdikləri cüzi gəlirlərlə həyatlarını sürdürürlər.

 

Ötən gün bu işlə məşğul olan iki qardaş- 17 yaşlı Azad Xosrəvi və 14 yaşlı Fərhad Xosrəvinin Kürdüstan əyalətinin Sərvərabad bölgəsində güclü çovğuna düşdükləri barədə məlumat yayılıb.

 

Bölgənin təcili tibbi yardım xidmətindən verilən məlumata görə, Azad hadisə yerindəcə donvurmadan ölüb, qardaşı isə itkin düşüb.

 

Qardaşlar Mərivan rayonunun Ney kəndinin sakinləri olublar.

 

Qeyd etmək lazımdır ki, güzəranını bellərində yük daşımaqla keçirən bölgənin kasıb əhalisi tez-tez İran sərhədçiləri tərəfindən də güllələnərək öldürülür. Sərhədçilər qanunsuz olaraq sərhədi keçən bu silahsız insanlara qarşı heç bir xəbərdarlıq etmədən atəş açır.

 

Bəzi media orqanlarının məlumatlarına əsasən, təkcə noyabr ayının sonlarından bu günə qədər İran sərhədçilərinin və polisinin açdığı atəş nəticəsində belində yük daşıyan 6 nəfər ölüb, 55 nəfər yaralanıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar