GünazTV: İranın Gilan əyalətinin Somiə Səra şəhərinin “Əl-Məsumin” Tibb Mərkəzinin rəhbəri axund Şəhriyar Şərifi koronavirusdan ölüb.
Yayılan məlumatlara əsasən, İranda “İslam tibbi”nin təbliğatçılarından olan axund, martın 10-da müalicə aldığı xəstəxanada keçinib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 10-da yaydığı son statistikaya əsasən, ölkədə virusdan ölənlərin sayı 291-nəfərə, yoluxanların sayı isə 8042 nəfərə yüksəlib.
A.M