SON XƏBƏRLƏR

İranda daha 1 Əfqanıstan vətəndaşı edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
İranda daha 1 Əfqanıstan vətəndaşı edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 Əfqanıstan vətəndaşı edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan Zahidan zindanında saxlanılan 25 yaşlı müttəhim Nurməhəmməd Şimvari, iyunun 3-də həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Onun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi bildirilir. Müttəhimin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar