GünAzTV: İranda qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 1 məhbus, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.
İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında saxlanılan 32 yaşlı müttəhim Məhəmməd Sərhəddi, yanvarın18-i sübh saatlarında ölüm hökmünün icrası ərəfəsində həbsxananın 8-ci korpusundan təkadamlıq kameraya köçürülüb. Müttəhimin yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.
Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.
A.M