SON XƏBƏRLƏR

İranda daha 1 nəfər dara çəkilib, 5 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
İranda daha 1 nəfər dara çəkilib, 5 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər dar ağacından asılıb, 5 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.  

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir il əvvəl naməlum süəbəbə görə bir ailənin üç üzvünü qətlə yetirən və adı mediaya açıqlanmayan məhkum avqustun 14-ü sübh saatlarında Zəncan əyalətinin Xudabəndə şəhərinin zindanında dara çəkilib.

 

Həmin gün, Zahidan şəhərinin zindanında saxlanılan və qətldə günahlandırıldıqları üçün barələrində ölüm hökmü çıxarılmış daha 5 gənc məhkum edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər. Məhkumlardan 4-ünün adları (Məsud Rigi, Övliya Nurzehi, İman Səravani və Məhəmməd Gül Azərnigar) mediaya açıqlanıb. Hər 5 məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar