SON XƏBƏRLƏR

İranda daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranda daha 1 nəfər edam edilib

Gunaz.tv

 GünAzTV: İranda əsasən qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib. Müttəhim üç gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 2011-ci ildə məişət zəminində baş verən bir davada qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Qəzvin şəhər sakini, müttəhim Yasin Abidi, dekabrın 19-u sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar