SON XƏBƏRLƏR

İranda daha 1 sərnişin avtobusu qəzaya uğrayıb. 7 nəfər ölüb, 31 sərnişin yaralanıb

2021.10.20, 07:36
İranda daha 1 sərnişin avtobusu qəzaya uğrayıb. 7 nəfər ölüb, 31 sərnişin yaralanıb

Gunaz.tv

GünazTV: İranda Məşhəd-Bəndər Abbas sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 31 sərnişin yaralanıb.

 

Hadisə, yanvarın 15-i, saat 02:43 radələrində Kirman əyalətinin Bərdsir məntəqəsində baş verib. Yayılan məlumata əsasən, yolun sürüşkən olmasına baxmayaraq yüksək sürətlə hərəkət edən avtobus birdən-birə aşaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 5 qadın və 2 kişi yerindəcə həlak olub, 31 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Yaralılardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, hər il İranın müxtəlif bölgələrində baş verən yol qəzalarında on minlərlə insan həyatını itirir.  

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar