SON XƏBƏRLƏR

İranda daha 10 məhbus, ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
İranda daha 10 məhbus, ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünAzTV: İranda əsasən qətldə və qəsdən adamöldürmədə günahlandırılaraq edama məhkum edilmiş daha 10 məhbus, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan məhbuslar, fevralın 4-ü sübh saatlarında həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Adları mediaya açıqlanmayan müttəhimlərin yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

                                                      Kərəcin Rəcayişəhr zindanı

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar