SON XƏBƏRLƏR

İranda daha 117 nəfər koronavirisdan ölüb, daha 3186 nəfər isə xəstəliyə yoluxub (yenilənmiş statistika)

2021.10.20, 07:36
İranda daha 117 nəfər koronavirisdan ölüb, daha 3186 nəfər isə xəstəliyə yoluxub (yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: Son bir sutka ərzində İranda daha 3186 nəfər “Covid-19” infeksiyasına yoluxub.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 30-da mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını açıqlayarkən bəyan edib.

 

Cahanpur deyib ki, ötən 24 saat ərzində İran laboratoriyalarında aparılan analizlərin nəticələrinin göstərdiyinə görə, ölkədə daha 3186 nəfərin koronavirusa yoluxduğu təsdiq edilib: “Təəssüflər olsun ki, dünən günorta saatlarından bu günə qədər ölkədə daha 117 nəfər koronavirusdan ölüb. Bununla da indiyə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 min 495 nəfərə, xəstəlikdən ölənlərin ümumi sayı isə 2757 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən xəstəlikdən sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 13911 nəfərə çatıb. Hazırda virusa yoluxanlardan 3511 nəfərinin səhhəti ağırdır” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

 

Kiyanuş Cahanpur bu günə qədər ölkədə koronavirusa yoluxanların sayının 41495 nəfərə, epidemiyadan ölənlərin sayının isə 2757 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar