SON XƏBƏRLƏR

İranda daha 117 nəfər koronavirusdan ölüb, əlavə 1634 nəfərin də virusa yoluxduğu aşkar edilib (Yenilənmiş statistika)

2021.10.20, 07:36
İranda daha 117 nəfər koronavirusdan ölüb, əlavə 1634 nəfərin də virusa yoluxduğu aşkar edilib (Yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: İranda son bir sutka ərzində daha 117 nəfər koronavirusdan ölüb, əlavə 1634 nəfərin də infeksiyaya yoluxduğu aşkar edilib.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 9-da mediaya açıqlamasında “Covid-19” qurbanlarının yeni statistikasını yayarkən bildirib.

 

Cahanpur bildirib ki, daha 117 nəfərin ölümü ilə, İranda koronavirus pandemiyasından ölənlərin ümumi sayı 4110 nəfərə yüksəlib: “Həmçinin yeni koronavirusa yoluxma faktlarının qeydə alınması ilə bu günə qədər İranda “Covid-19” infeksiyasına yoluxanların ümumi sayı 66 min 220 nəfərə yüksəlib.

 

 Xoşbəxtlikdən koronavirusdan sağalanlar arasında da artım var. Belə ki, xəstəlikdən sağalıb evə buraxılanların sayı artaraq, 32 min 309 nəfərə çatıb.

 

Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 3918 nəfərinin durumu ağırdır və həmin xəstələr həkimlərin ciddi nəzarəti altında saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

 

 

 Qeyd edək ki, Kiyanuş Cahanpur indiyə qədər virusdan ölənlərin sayının 4110 nəfərə, yoluxanların sayının isə 66220 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” infeksiyasından ölənlərin və xəstəliyə yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar