SON XƏBƏRLƏR

İranda daha 124 nəfər koronavirusdan ölüb, əlavə 2875 nəfərin də infeksiyaya yoluxması aşkar edilib (yenilənmiş statistika)

2021.10.20, 07:36
 İranda daha 124 nəfər koronavirusdan ölüb, əlavə 2875 nəfərin də infeksiyaya yoluxması aşkar edilib (yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: İranda son bir sutka ərzində daha 124 nəfər koronavirusdan ölüb, əlavə 2875 nəfərin də infeksiyaya yoluxması aşkar edilib.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 2-də mediaya açıqlamasında məlumat yayıb.

 

Cahanpur deyib ki, ölkədə daha 124 nəfərin infeksiyadan ölməsi ilə, İranda koronavirusdan ölənlərin ümumi sayı 3160 nəfərə yüksəlib: “Həmçinin ötən gün daha 2875 nəfərin “Covid-19” infeksiyasına yoluxması ilə ölkədə koronavirusa yoluxanların ümumi sayı artaraq, 50 min 468 nəfərə çatıb.

 

 Xoşbəxtlikdən xəstəlikdən sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 16711 nəfərə yüksəlib.

 

 Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3956 nəfərinin durumu ağır olduğundan həmin xəstələr həkimlərin ciddi nəzarəti altında saxlanılırlar” -deyə, Kiyanuş Cahanpur bildirib.

 

 

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi ölkədə bu günə qədər virusdan ölənlərin sayının 3160 nəfərə, yoluxanların sayının isə 50468  nəfərə yüksəldiyini elan etsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” infeksiyasından ölənlərin və virusuna yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar