SON XƏBƏRLƏR

İranda daha 129 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin ümumi sayı 1685 nəfərə yüksəlib- (yeni statistika)

2021.10.20, 07:36
İranda daha 129 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin ümumi sayı 1685 nəfərə yüksəlib- (yeni statistika)

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 22-də mediaya açıqlamasında ölkədə koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların ötən bir sutka ərzindəki yeni syatistikasını yayıb.  

 

Cahanpur deyib ki, son bir sutka ərzində İranın müxtəlif bölgə və əyalətlərində daha 1028 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkar edilərək qeydiyyata alınıb: “Dünən gündüz saatlarından bu günə qədər ölkənin müxtəlif şəhər və əyalətlərində daha 129 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1685 nəfərə, virusa yoluxanların sayı isə 21 min 638 nəfərə yüksəlib.

 

 

Həmçinin xoşbəxtlikdən, bu günə qədər koronavirusdan sağalıb tibb mərkəzlərindən evə buraxılanların sayı da 7913 nəfərə çatıb” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 21638 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1685 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar