SON XƏBƏRLƏR

İranda daha 133 nəfərin ölümü ilə koronavirus qurbanlarının sayı 3872 nəfərə çatıb

2021.10.20, 07:36
İranda daha 133 nəfərin ölümü ilə koronavirus qurbanlarının sayı 3872 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: İranda son 24 saat ərzində koronavirusdan daha 133 nəfər dünyasını dəyişib.

 

Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, son 1 gün ərzində koronavirusa yoluxduğu aşkarlanan xəstələrin sayı 2079 nəfərdir. Beləliklə, ölkə ərazisində virusa yoluxma hallarının sayı 62589-a çatıb.

 

O, həmçinin hazırda müalicə alan xəstələrdən 3987 nəfərinin vəziyyətinin ağır olduğunu qeyd edib.

 

Bu günə qədər İranda koronavirusdan ölənlərin sayı rəsmi statistikaya görə, 3872 nəfərdir. Lakin qeyri-rəsmi statistikalarda bu rəqəmin 5 dəfə çox olduğu deyilir.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar