SON XƏBƏRLƏR

İranda daha 147 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin sayı 1135 nəfərə, yoluxanların sayı isə 17361 nəfərə yüksəlib

2021.10.20, 07:36
İranda daha 147 nəfər koronavirusdan ölüb. Virusdan ölənlərin sayı 1135 nəfərə, yoluxanların sayı isə 17361 nəfərə yüksəlib

Gunaz.tv

GünazTV: İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi martın 18-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını açıqlayıb.

 

O bildirib ki, ötən bir gündə İranda daha 1192 nəfərin koronavirusa yoluxduğu aşkar edilib: “Təəssüflər olsun ki, son bir sutka ərzində İranda daha 147 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər İranda “Covid-19” virusundan ölənlərin sayı 1135 nəfərə, yoluxanların sayı isə 17 min 361 nəfərə yüksəlib.

 

Həmçinin bu günə qədər virusa yoluxanlardan 5710 nəfəri xoşbəxlikdən sağalaraq evə buraxılıb” -deyə, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi əlavə edib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusa yoluxanların sayının 17 min 361 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1135 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar