SON XƏBƏRLƏR

İranda daha 149 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1284 nəfərə, virusa yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib

2021.10.20, 07:36
İranda daha 149 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1284 nəfərə, virusa yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib

Gunaz.tv

GünazTV: İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bu gün jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

Rəisi deyib ki, son bir sutka ərzində İranda daha 1046 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkarlanıb. "Təəssüflər olsun ki, dünən günorta saatlarından bu günə qədər virusa yoluxanlardan daha 149-u həyatını itirib. Bununla da bu günə qədər İranda koronavirusdan ölənlərin sayı 1284 nəfərə, yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib.

 

Həmçinin, xoşbəxtlikdən bu günə qədər ölkədə virusa yoluxanlardan 5979 nəfəri  sağaldıqdan sonra evlərinə buraxılıblar” -deyə, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bəyan edib.

 

 

Qeyd edək ki, Əlirza Rəisi ölkədə bu günə qədər koronavirusa yoluxanların sayının 18407 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1284 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar