SON XƏBƏRLƏR

İranda daha 149 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1433 nəfərə, virusa yoluxanların sayı isə 19644 nəfərə yüksəlib (yeni statistika)

2021.10.20, 07:36
İranda daha 149 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1433 nəfərə, virusa yoluxanların sayı isə 19644 nəfərə yüksəlib (yeni statistika)

Gunaz.tv

GünazTV: İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi martın 20-də mediaya açıqlamasında son bir sutka ərzində ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

Rəisi deyib ki, son bir sutkada İranın müxtəlif şəhər və bölgələrində daha 1237 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkarlanaraq qeydiyyata alınıb: “Dünən gündüz saatlarından bu günə qədər daha 149 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə koronavirusdan ölənlərin sayı 1433 nəfərə, xəstəliyə yoluxanların sayı isə 19 min 644 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən bu günə qədər virusa yoluxanlardan 6745 nəfəri  də sağaldıqdan sonra evə buraxılıblar” -deyə, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi əlavə edib.

 

 

Qeyd edək ki, Əlirza Rəisi ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 19644 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1433 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar