SON XƏBƏRLƏR

İranda daha 151 nəfər koronavirusdan ölüb, əlavə 2483 nəfər də xəstəliyə yoluxub” (Yenilənmiş statistika)

2021.10.20, 07:36
İranda daha 151 nəfər koronavirusdan ölüb, əlavə 2483 nəfər də xəstəliyə yoluxub” (Yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: İranda koronavirusdan ölənlərin sayı gündən-günə artır. Son bir sutka ərzində İranda daha 151 nəfər “Covid-19” infeksiyasından ölüb.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 5-də mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayarkən bildirib.

 

Cahanpur deyib ki, son bir sutka ərzində İranda daha 151 nəfər “Covid-19” ibfeksiyasından həyatını itirib: “Dünəndən bu günə qədər ölkədə daha 2483 nəfərin koronavirusa yoluxması təsdiq edilib. Bununla da indiyə qədər İranda koronavirusdan ölənlərin ümumi sayı 3603 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 58 min 226 nəfərə yüksəlib.

 

 

Xoşbəxtlikdən bu günə qədər koronavirus xəstəliyindən sağalıb xəstəxanalardan  evə buraxılanların sayı da artaraq, 22011 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 4057 nəfərinin sağlamlıq durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan  edib.

 

 

Qeyd edək ki, Cahanpur ölkədə bu günə qədər virusdan ölənlərin sayının 3603 nəfərə, yoluxanların sayının isə 58226 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” infeksiyasından ölənlərin və virusa yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar