SON XƏBƏRLƏR

İranda daha 157 nəfər koronavirusdan ölüb. Xəstəlikdən ölənlərin sayı 2234 nəfərə yüksəlib. (yenilənmiş statistika)

2021.10.20, 07:36
İranda daha 157 nəfər koronavirusdan ölüb. Xəstəlikdən ölənlərin sayı 2234   nəfərə yüksəlib. (yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: İranda son bir sutka ərzində daha 157 nəfər koronavirusdan ölüb.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayarkən bəyan edib.

 

Cahanpur deyib ki, ötən 24 saat ərzində İran laboratoriyalarında daha 2389 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkarlanaraq qeydə alınıb: “Təəssüflər olsun ki, dünən günorta saatlarından indiyə qədər ölkənin müxtəlif şəhər və əyalətlərində daha 157 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2234 nəfərə, infeksiyaya yoluxanların  ümumi sayı isə 29 min 406 nəfərə yüksəlib.

 

 Həmçinin xoşbəxtlikdən bu günə qədər koronavirus xəstəliyindən sağalıb tibb mərkəzlərindən evə buraxılanların sayı da artaraq, 10457 nəfərə çatıb” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 29406 nəfərə, epidemiyadan ölənlərin sayının isə 2234 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar