SON XƏBƏRLƏR

İranda daha 2 məhkum dara çəkilib, 1-i isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
İranda daha 2 məhkum dara çəkilib, 1-i isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və polisə müqavimət göstərməkdə günahlandırılan daha 2 məhkum dar ağacından asılıb, qətldə təqsirli bilinən daha 1 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

İrandakı bəluc fəalları kampaniyasının yaydığı xəbərə əsasən, narkotik maddələrin qaçaqmalçılığında və polisə müqavimət göstərməkdə günahlandırılaraq ölümə məhkum edilmiş məhkumlar Əsədullah Əlizehi və Əbdülhəkim Şəhbəxş, oktyabrın 6-sı sübh saatlarında Kirman zindanının həyətində dara çəkiliblər. Milliyyətcə İran bəluclarından olan həmin şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Həmçinin iranlı hüquq müdafiəçilərinin yaydığı başqa bir xəbərə əsasən, naməlum səbəbə görə qətl törətməkdə təqsirləndirilərək ölümə məhkum edilən və hazırda Kərəcin Rəcayişəhr zindanında saxlanılan daha 1 məhkum (Milad Tuxs Əli) son günlər edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb. Onun qarşıdan gələn günlərdə dara çəkilməsi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar