SON XƏBƏRLƏR

İranda daha 2 nəfər dara çəkilib, 1 məhbus isə edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
İranda daha 2 nəfər dara çəkilib, 1 məhbus isə edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAzTV: İranda müxtəlif ittihamlara görə daha 2 nəfər edam edilib, 1 məhbus isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb. Müttəhimlərdən biri ötən həftə dara çəkilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı bəluc mənbələrinin yaydığı xəbərə əsasən, bir il əvvəl Sistan-Bəlucistan əyalətində iğtişaşçılıqda günahlandırılaraq həbs edilən və sonradan naməlum səbəbə görə ölümə məhkum edilmiş iki uşaq atası Milad Nuri, noyabrın 12-də Zahidanın mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin 4 il əvvəl məişət zəminində baş vermiş bir davada qətl törədən və adı mediaya açıqlanmayan daha 1 müttəhim, noyabrın 18-də Mazandaran əyalətinin Nur şəhərinin həbsxanasında dar ağacından asılıb.

 

Digər bir məlumata əsasən, 11 il əvvəl naməlum səbəblərə görə qətl törədən və həmin vaxtdan Zahidan zindanında saxlanılan 37 yaşlı müttəhim Mehdi Sarani, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə, noyabrın 17-də həbsxananın ümumi korpusundan təkadamlıq kanmeraya köçürülüb. Onun yaxın saatlarda dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

Zahidan zindanında dara çəkilən iki uşaq atası Milad Nuri

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar