SON XƏBƏRLƏR

İranda daha 2 nəfər edam edilib, müttəhimlərdən biri ictimaiyyət qarşısında dara çəkilib

2021.10.20, 07:36
İranda daha 2 nəfər edam edilib, müttəhimlərdən biri ictimaiyyət qarşısında dara çəkilib

Gunaz.tv

GünAzTV: İranın Salmas və Qəzvin şəhərlərində qəsdən adamöldürmədə və qətldə günahlandırılan daha 2 nəfər edam edilib.

 

Edama məhkum edilən müttəhimlərdən biri (Hüseyn İskəndərzadə) bu ilin may ayında məişət zəminində baş verən ixtilafa görə, həyat yoldaşının 7 ailə üzvünü qəddarcasına qətlə yetirmişdi. Ruhi əsəb xəstəsi olduğu bildirilən qatilin qətlə yetirdiyi ailə üzvlərindən biri isə, yenicə doğulmuş 40 günlük bir körpə uşaq idi.. Törətdiyi dəhşətli cinayətə görə 5 dəfə qisasa, 14 il həbsə və 148 şallaq zərbəsinə məhkum edilən müttəhim, yanvarın 11-i sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində ictimaiyyət qarşısında dara çəkilib.

 

Həmin gün, bir məhbus da Qəzvin şəhərinin mərkəzi zindanında dara çəkilib. Mediada soyadı açıqlanmayan Səid adlı müttəhim, 8 il əvvəl törətdiyi qətlə görə edam edilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən, həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar