SON XƏBƏRLƏR

İranda daha 3 etirazçının cəsədi bank dağıntıları altından tapılıb

2021.10.20, 07:36
İranda daha 3 etirazçının cəsədi bank dağıntıları altından tapılıb

Gunaz.tv

GünAz TV: İranda etirazlar zamanı ölmüş daha 3 nəfərin cəsədinin Tehranın Baharıstan rayonunda yerləşən yandırılmış banklardan birinin dağıntıları altından tapıldığı barədə məlumat yayılıb.

 

Yerli media orqanlarının məlumatlarına görə, bank etirazlar zamanı yandırıldığından, yararsız vəziyyətə düşüb. Bank rəsmiləri binanı yenidən təmir etdirən zaman həmin 3 cəsədlə rastlaşıblar.

 

Tehran əyalətinin hüquq mühafizə orqanları cəsədlərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün onları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil veriblər.

 

Məhkəmə orqanları rəsmiləri bu 3 şəxsin ölümünü "şübhəli" adlandıraraq, niyə 1 aydan artıq bir müddətdə onların ailələrinin onların itkin düşmələri ilə bağlı polisə müraciət etmədikləri ilə bağlı heç bir açıqlama verməyiblər.

 

İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli bir neçə gün əvvəl çaylardan öldürülmüş etirazçıların cəsədlərinin tapılmasından sonra bu "şübhəli ölümlər"in araşdırılacağını iddia etmişdi. Lakin bu günə qədər həmin "araşdırmalar"ın nəticələri ilə bağlı heç bir məlumat yayılmayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar