SON XƏBƏRLƏR

İranda daha 3 siyasi məhbus dara çəkilib

2021.10.20, 07:36
İranda daha 3 siyasi məhbus dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda daha 3 siyasi məhbus, Ramin Hüseyn Pənahi, Zanyar Muradi və Loqman Muradi edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, milliyyətcə kürd olan müttəhimlər, Zanyar Muradi və əmisi oğlu Loqman Muradi, terrorçu qruplara üzv olmaqda, rejimə qarşı silahlı mübarizə aparmaqda və Mərivan imam cüməsinin oğlunu qətlə yetirməkdə, Ramin Hüseyn Pənahi isə kürd “Komole” təşkilatı ilə əməkdaşlıqda və rejimə qarşı silahlı üsyanda günahlandırılıb. Müttəhimlər, onlara qarşı irəli sürülən ittihamları dəfələrlə rədd edərək, onlardan işgəncələr altında yalançı etiraflar alındığını bildirsələr də, onların bu etirazı nəticə verməmişdi.

 

Hər üç müttəhim, sentyabrın 8-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib. Bildirilir ki, onların meyitləri ailə üzvlərinə təvil verilmədən torpağa tapşırılıb.

 

BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman, bir neçə gün əvvəl bəyanat yayaraq, hər üç müttəhimə qarşı irəli sürülən ittihamları əsassız sayaraq, İran hökumətindən onlara qarşı çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını tələb etmişdi.

 

BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar