İranda son sutkada daha 358 nəfər koronavirusdan vəfat edib, 13 922 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə dekabrın 3-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 49 348 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 3 min 494 nəfərə çatıb.
Xanım Lari deyib ki, İranda bu günə qədər 699 315 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 5824 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 6 milyon 256 min 715 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 49 348 nəfərə, yoluxanların sayının isə 1 milyon 3 min 494 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 171 100 nəfəri keçdiyini, 21 milyon 50 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M