SON XƏBƏRLƏR

İranda daha 4 Əfqanıstan vətəndaşı edam edilib

2021.10.20, 07:36
İranda daha 4 Əfqanıstan vətəndaşı edam edilib

Gunaz.tv

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında, silah daşımaqda və 1 polis məmurunu qətlə yetirməkdə günahlandırılan daha 4 Əfqanıstan vətəndaşı edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 6 il əvvəldən həbsdə saxlanılan, milliyyətcə Əfqanıstan bəluclarından olan müttəhimlər (Şah Məhəmməd Miranzehi, Əhmədşah İsazehi, Məhəmməd Miranzehi və Eyd Məhəmməd Miranzehi) oktyabrın 2-si sübh saatlarında İranın Bircənd şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Bildirilir ki, evli və bir neçə uşaq atası olan müttəhimlər, məhkəmədə verdikləri ifadələrində onlara qarşı irəli sürülən ittihamları rədd edərək, onlardan işgəncələr altında yalançı etiraflar alındığını bildirsələr də, məhkəmə onların iddialarını rədd etmişdi.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar